Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

Kollecimizin kitabxanasında elektronlaşma istiqamətində ilk addımlar atılır

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müasir dövrün tələblərinə uyğun olaraq kitabxana xidmətlərinin rəqəmsallaşdırılması və elektron kitabxana sisteminə keçid istiqamətində işlərə başlanılıb.

Bu təşəbbüsün əsas məqsədi kitabxana resurslarına çıxışı asanlaşdırmaq, tələbə və müəllimlərin elmi, tədris və metodiki ədəbiyyatlardan daha səmərəli istifadəsinə şərait yaratmaqdır.

Elektron kitabxana sisteminin tətbiqi informasiya resurslarının daha əlçatan olmasına, tədris prosesinin müasir texnologiyalarla zənginləşdirilməsinə və rəqəmsal təhsil mühitinin inkişafına töhfə verəcək.

Hədəfimiz – tələbə və müəllimlərimiz üçün müasir, zəngin və hər kəsə əlçatan elektron informasiya mühiti formalaşdırmaqdır.