Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Zəfər Gününə həsr olunmuş maarifləndirici dərslər keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində 8 Noyabr – Zəfər Günü münasibətilə tələbələr üçün maarifləndirici dərslər təşkil olunub.

Humanitar fənlər birləşməsinin tarix müəllimləri Bayram Abışov, Vüsalə Əbdürrəhimova, RəhiməYaqubəli, Aynur  Ağayeva, Aynur Bədəlova, Fəqumə Fərəcova və İlahə Hüseynova tərəfindən keçirilən dərslərdə44 günlük Vətən müharibəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad edilməsi və tarixi Zəfərimizin əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verilib.

Dərslər zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib,  gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin, milli-mənəvi dəyərlərə bağlılığının və tarixi yaddaşının qorunmasının vacibliyi vurğulanıb.

Maarifləndirici dərslərin əsas məqsədi tələbələrdə vətənpərvərlik hisslərini gücləndirmək və şanlı Zəfər tariximiz haqqında biliklərini zənginləşdirmək olub.