College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library Student portal

News

Kollecdə insan alveri və uşaq hüquqları mövzusunda maarifləndirici seminar keçirilib

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin psixoloqu Gülnar Məstəlizadə tərəfindən tələbələr üçün “İnsan alveri və uşaq hüquqları” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarda insan alverinin mahiyyəti və formaları, gənclərin qarşılaşa biləcəyi risklər, psixoloji manipulyasiya və təhlükə siqnalları haqqında məlumat verilib. Uşaq hüquqları, şəxsi sərhədlərin qorunması, təhlükəli vəziyyətlərdə təhlükəsiz davranış və yardım üçün müraciət yolları izah olunub.

Mövzu gündəlik həyatla əlaqəli nümunələr və situasiyalar əsasında təqdim edilib, tələbələrlə müzakirələr aparılıb və onların sualları cavablandırılıb. İnsan alverindən zərər çəkmiş şəxsləri günahlandırmadan yanaşmağın və vaxtında dəstək göstərməyin əhəmiyyəti vurğulanıb.

Seminar tələbələrin hüquqları barədə mariflənməyə, riskləri tanımaq və təhlükəsiz qərarlar vermək bacarıqlarının gücləndirilməsinə yönəlib.