Zəfər həftəsi çərçivəsində “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Əsgərə Məktub” proqramına dəstək məqsədilə ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin “Dillər” fənn birləşməsinin müəllimləri Məhərrəmova Gülxar, Məmmədzadə Aynurə, Tağıyeva Səbinə və Məmmədova Pərvanə tərəfindən tələbələrlə maarifləndirici fəaliyyət təşkil olunub.
Tədris prosesi çərçivəsində tələbələrə “Əsgərə Məktub” layihəsinin məqsəd və əhəmiyyəti barədə məlumat verilib, onlara Vətənimizin müdafiəsində dayanan Azərbaycan əsgərlərinə ünvanlanmış məktublar yazdırılıb.
Bu təşəbbüsün əsas məqsədi tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığın artırılması, dövlətçilik düşüncəsinin və Vətənə sevgi hissinin daha da möhkəmləndirilməsidir.
Hər bir məktub Azərbaycan əsgərinə ünvanlanan mənəvi dəstək, ehtiram və minnətdarlıq ifadəsidir. Tələbələrin səmimi duyğularını əks etdirən bu məktublar gənc nəslin Vətən qarşısında məsuliyyət hissinin və milli həmrəyliyinin təzahürüdür.
Əsgərimizə mənəvi dəstək olmaq, Vətən sevgisini yaşatmaq və Zəfər ruhunu gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur!







