Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

Özbəkistanın Daşkənt şəhərində yerləşən Respublika Televiziya və Radio Texnikumu ilə imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində tərəflərin işçi qruplarının onlayn görüşü baş tutub

Görüşü giriş sözü ilə açan kollecin Tədris işləri üzrə direktor müavini Könül Əbdürrəhimova memorandumun imzalanmasından məmnunluğunu ifadə edərək, gələcək birgə fəaliyyət və layihələrdə hər iki tərəfə uğurlar arzulayıb.

Görüşdə hər iki kollecin işçi qruplarının üzvü olan müəllim və tələbələr iştirak ediblər.

Daha sonra işçi qrupunun sədri Günel Dadaşova çıxış edərək, Azərbaycan və Özbəkistan arasındakı tarixi qardaşlıq və dostluq münasibətlərinin təhsil sahəsində də uğurla inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Çıxışda Memorandumdan irəli gələn prioritet vəzifələr və strateji fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb.

Görüşdə çıxış edən işçi qrupunun üzvü Lalə Nəsibova iki ölkə arasında tələbə mübadiləsi proqramlarının genişləndirilməsinin önəminə diqqət çəkib. İclasın gedişində uyğun ixtisaslar üzrə tədris proqramlarının inteqrasiyası və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə tədbirlər planı atrafında fikir mübadiləsi aparılıb.