Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Zəfər Gününə həsr olunmuş nümunəvi dərs

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Zəfər Gününə həsr olunmuş nümunəvi dərs keçirilmişdir.

Kollecin müəllimi Gülnarə Əbdüləzimova tərəfindən KS-105 qrupunda keçirilən dərsin mövzusu Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi və möhtəşəm Zəfərimiz olmuşdur.
Dərsdə şöbə müdiri Aynur Ağayeva, metodist Aybəniz Qasımova və fənn birləşmə komissiyasının sədri Elnarə Kazımova iştirak etmişlər.

Nümunəvi dərs zamanı tələbələrə 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə haqqında ətraflı məlumat verilmiş, mövzu ətrafında geniş müzakirələr aparılmışdır.

Dərsin əsas məqsədi gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq, milli-mənəvi dəyərlərə hörmət hissini formalaşdırmaq və tələbələrdə Zəfər tariximizə bağlılığı daha da gücləndirmək olmuşdur.