Kollecin direktoru, professor Nasim Abışovun sədrliyi ilə növbəti iclas keçirilmişdir. İclasda təhsil prosesinin müasir tələblərə uyğun təşkili, rəqəmsal imkanlardan geniş istifadə və tələbə nəzarəti məsələləri müzakirə olunmuşdur.
İclasda aşağıdakı istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
• Elektron sənəd dövriyyəsi: Sənədlərin göndərilməsi, dərkənar mexanizmi və daxili yazışmaların tam elektron qaydada təşkili.
• Rəqəmsal imtahanlar: Cari tədris ilində elektron imtahanların sayının artırılması, yazılı imtahanların sayının azaldılması və digər fənlər üzrə mərhələli şəkildə rəqəmsal imtahanlara keçid.
• İmtahanlara nəzarət: İmtahanların obyektiv və şəffaf keçirilməsinin, müəyyən edilmiş qaydalara əməl olunmasının təmin edilməsi.
• Tələbə davamiyyəti: Davamiyyətə görə limitə düşən tələbələrin valideynləri ilə operativ əlaqənin yaradılması və qrup rəhbərlərinin məsuliyyətinin artırılması.
• Elektron kitabxana: Yeni yaradılmış elektron kitabxana resurslarının zənginləşdirilməsi və mühazirə materiallarının müvafiq sistemə yerləşdirilməsi.
Həyata keçiriləcək tədbirlərin əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək, idarəetmədə səmərəliliyi artırmaq və tələbələrin müasir təhsil resurslarına əlçatanlığını təmin etməkdir.







