Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı kollecdə nümunəvi dərs keçirilib

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tarix müəllimi Bədəlova Aynurun təşkilatçılığı ilə nümunəvi dərs keçirilib.

Dərsdə kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, fənn birləşmə komissiyalarının sədrləri Elnarə Kazımova və Aynur Rzaquliyeva, şöbə müdirləri Pərvin Məmmədova və Aynur Ağayeva, metodist Aybəniz Qasımova, tarix müəllimləri Gülnarə Əbdüləzimova, İlahə Hüseynova və Fəqumə Fərəcova iştirak ediblər.

Dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra tarix müəllimi Bədəlova Aynur çıxış edərək dərsin məqsədinin tələbələrə dövlət müstəqilliyimizin tarixi əhəmiyyətini aşılamaq, milli dövlətçilik ənənələri haqqında biliklərini artırmaq və onları vətənpərvərlik ruhunda tərbiyə etmək olduğunu bildirib. O, müstəqilliyimizin tarixi köklərindən, Ulu Öndər Heydər Əliyevin xidmətlərindən, Prezident İlham Əliyevin bu siyasi kursu davam etdirməsindən, həmçinin Qarabağda aparılan quruculuq işlərindən danışıb.

Nümunəvi dərs çərçivəsində kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov da çıxış edərək Dövlət Müstəqilliyinin Bərpası Gününün tarixi əhəmiyyətindən söz açıb. O, müstəqilliyin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayaraq, gənclərin milli-mənəvi dəyərlərə sadiq ruhda yetişməsinin vacibliyini diqqətə çatdırıb.

Tarix müəllimi Gülnarə Əbdüləzimova isə çıxışında Prezident İlham Əliyevin müstəqil Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyi siyasətdən və Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının davam etdirilməsindən bəhs edib. O, gənclərin üzərinə düşən məsuliyyəti xatırladaraq tələbələrə müstəqilliyimizin keçdiyi tarixi mərhələləri unutmamağı tövsiyə edib.

Nümunəvi dərs tələbələrdə dövlətçilik şüurunun və vətənpərvərlik hisslərinin güclənməsinə xidmət edib.