Qasımova Sevinc Pənah qızı
"İqtisadiyyat" kafedrasının müdiri
05.02.1969-cu ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Qeyri-ərzaq malların əmtəşünaslığı və ticarətin təşkili” ixtisasını bitirmişdir (1991).
Bakı 2 nömrəli Ayaqqabı Fabrikində mühəndis (1990-1996), “Azərsintez”-də iqtisadçı (2001-2004), Bakı Kompüter Kollecində mühəndis, müəllim (2004-2016) işləyib.
2016-cı ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir və 2026-cı ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində "İqtisadiyyat" kafedrasına rəhbərlik edir.
”Ərəb ölkələrinin turizmi” və “İqtisadiyyata giriş” dərs vəsaitlərinin müəllifidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Abdulova Gülnarə Fazil qızı
18.06.1971-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı” ixtisasını bitirmişdir (1993).
“Kotor” firmasında iqtisadçı işləyib (2000-2008) və 2010-cu ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
1 dərs vəsaiti, bir neçə dərs proqramının müəllifidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azadəliyeva Gülxar Əyyub qızı
10.03.1980-ci ildə Ermənistan Respublikasının Qafan rayonunun Kürüd kəndində də
Azərbaycan Dövlət İqtisad Universitetinin “Təhsil, elm və sosial-mədəni sahələrin iqtisadiyyatı” ixtisasını bitirmişdir (2002).
2013-cü ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
"Turizmin marketinqi və menecmenti” dərs vəsaitinin müəllifidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bağırov Kənan Xəlil oğlu
10.12.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Maliyyə" ixtisasını (2015) və Odlar Yurdu Universitetinin "Bank işi" ixtisasının magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir (2019).
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində mühasib, mütəxəssis işləyib (2018-2021) və 2022-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Bayramova Firəngiz Qədim qızı
24.08.1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İqtisadçı mühəndis” ixtisasını bitirmişdir (1992).
Bakı Kompüter Kollecində müəllim işləyib (2003-2016) və 2016-cı ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
”İqtisadiyyata giriş”dərs vəsaitinin müəllifidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bəşirova Təranə Əlisəfa qızı
23.01.1964-cü ildə Bakı şəhərinin Yasamal rayonunda anadan olmuşdur.
İndiki Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı“ ixtisasını bitirmişdir (1986).
Bakı Univermağında mühasib işləyib (1981-1987) və 2001-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əhmədli Fərid Xanoğlan oğlu
29.07.1990-cı ildə Yardımlı rayonunun Şiləvəngə kəndində anadan olmuşdur.
Azərbaycan Turizm və Menecment Universitetinin “Sosial və mədəni sahədə servis” ixtisasını (2012) və Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və otelçilik” ixtisasının magistraturasını bitirmişdir (2017).
2017-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Hüseynova Sevinc Əhəd qızı
25.01.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı” ixtisasını bitirmişdir (1986).
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində mühəndis işləyib (1986 -1995) və 1999-cu ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Hüseynova Vəfa Tahir qızı
23.07.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisasını bitirmişdir (2007).
2011-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir. Həm də "İqtisadiyyatda informasiya mübadiləsi" adlı dərs vəsaitinin müəllifdir (2019).
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İsmayılova Aidə Vəli qızı
15.07.1977-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsullarının texnologiyası” ixtisasını (1998) və Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsullarının texnologiyası" ixtisasının magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir (2003).
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisasını bitirmişdir (2007).
Sabunçu rayon 12 nömrəli şəhər poliklinikasında xəzinədar işləyib (2001-2007) və 2007-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Rzayeva Nərmin Samir qızı
24.07.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisasını bitirmişdir (2015).
Bakı Sənaye Pedaqoji Kollecində laborant, xəzinədar (2011-2016), ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində laborant, müəllim (2016-2019) işləyib.
2020-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
”Ərəb ölkələrinin turizmi” dərs vəsaitinin müəllifidir (2020).
"Sinergiya Moskva Maliyyə - Sənaye Universitetinin Menecment Magistraturasını bitirmişdir (2022).
Rəhimova Tubu Məmmədrza qızı
12.07.1960-cı ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı-mühasib” ixtisasını bitirmişdir (1984).
Buzovnada Südçülük-tərəvəzçilik sovxozunda iqtisadçı (1980-1984), “Boz ağız” nəşriyyatında iqtisadçı-mühasib (1993-2001) işləyib.
2000-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
İqtisad elmləri üzrə fəlsəfə doktoru (2021).
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Rüstəmova Solmaz Talış qızı
30.07.1964-cü ildə Ağdam rayonunun Xaçındərbənd kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı” ixtisasını bitirmişdir (1988).
Baş apteklər idarəsində iqtisadçı işləyib (1989-2001).
2001-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
“Turizmin marketinqi və menecmenti” dərs vəsaitinin müəllifidir.
Səfərova Ülviyyə Natiq qızı
11.09.1988-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Tikiş məmulatlarının texnologiyası” (2011) və Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının expertizası və marketinqi” ixtisaslarını bitirmişdir (2015).
2011-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Soltanova Fidan Məhəmməd qızı
03.01.1991-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisasını bitirmişdir (2012).
Access Bankda (2013), ASB Bankda əməliyyatçı işləyib (2013-2018) və 2022-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində mütəxəssis işləyib.
2024-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Tağıyeva Fəridə Əjdər qızı
08.11.1995-ci ildə Bakı şəhərində anadan olumuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Dünya iqtisadiyyatı” ixtisasını (2017) və Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq ticarət" ixtisasının magistraturasını bitirmişdir (2020).
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində mütəxəssis işləyib (2018-2021) və 2021-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Zeynalova Reyhan Feyruz qızı
30.01.1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir (1988).
1999-cu ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
”Turizmin marketinqi və menecmenti” dərs vəsaitinin müəllifidir.
2001-ci ildən “İqtisadiyyat” kafedrasına rəhbərlik edir.