Zeynalova Reyhan Feyruz qızı
"İqtisadiyyat" kafedrasının müdiri
30.01.1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.
İndiki Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir (1988).
1999-cu ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
2001-ci ildən “İqtisadiyyat” kafedrasına rəhbərlik edir.
Abdulova Gülnarə Fazil qızı
18.06.1971-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur.
İndiki Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı” ixtisasını bitirmişdir (1993).
“Kotor” firmasında iqtisadçı işləyib (2000-2008) və 2010-cu ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
1 dərs vəsaiti, bir neçə dərs proqramının müəllifidir.
Azadəliyeva Gülxar Əyyub qızı
10.03.1980-ci ildə Ermənistan Respublikasının Qafan rayonunun Kürüd kəndində də
Azərbaycan Dövlət İqtisad Universitetinin “Təhsil, elm və sosial-mədəni sahələrin iqtisadiyyatı” ixtisasını bitirmişdir (2002).
2013-cü ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Bağırov Kənan Xəlil oğlu
10.12.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Maliyyə" ixtisasını (2015) və Odlar Yurdu Universitetinin "Bank işi" ixtisasının magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir (2019).
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində mühasib, mütəxəssis işləyib (2018-2021) və 2022-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Bayramova Firəngiz Qədim qızı
24.08.1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.
İndiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İqtisadçı mühəndis” ixtisasını bitirmişdir (1992).
Bakı Kompüter Kollecində müəllim işləyib (2003-2016) və 2016-cı ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Bağırova Nazirə Əhməd qızı
01.12.1963-cü ildə Naxçıvan M.R-da anadan olmuşdur.
Azərbaycan Texnologiya İnstitutunun “Mühəndis-texnoloq (mexanik)” ixtisasını bitirmişdir (1986).
Ordubad Baramaarcan fabrikində usta (1986-1987), Naxçıvan Xalça Kombinatında usta, mühəndis (1987-2003), ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyib, “Kreativ texnologiyalar” kafedrasına rəhbərlik edib (2007-2022).
2007-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Bəşirova Təranə Əlisəfa qızı
26
23.01.1964-cü ildə Bakı şəhərinin Yasamal rayonunda anadan olmuşdur.
İndiki Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı“ ixtisasını bitirmişdir (1986).
Bakı Univermağında mühasib işləyib (1981-1987) və 2001-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Cəfərli Samirə Cəfər qızı
18.08.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dizayn” ixtisasını (2018) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dizayn” ixtisasının magistraturasını bitirmişdir (2021).
2018-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Əhmədli Fərid Xanoğlan oğlu
29.07.1990-cı ildə Yardımlı rayonunun Şiləvəngə kəndində anadan olmuşdur.
Azərbaycan Turizm və Menecment Universitetinin “Sosial və mədəni sahədə servis” ixtisasını (2012) və Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və otelçilik” ixtiəyirsasının magistraturasını bitirmişdir (2017).
2017-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Əliyeva Kamalə Teymur qızı
05.03.1969-cu ildə Bakı şəhərində anadan olmuşdur.
İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sumqayıt filialının “Mühəndis-mexanik” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir (1991).
ADNSU-nun Sumqayıt filialında laborant (1991-1993), Sumqayıt Üst Trikotaj Fabrikində aparıcı mühəndis (1993-2000), “Müqəddəs nemət” kiçik müəssisəsində mühəndis-mexanik (2000-2007) işləyib.
2007-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Metodik vəsait müəllifidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Həsənova Vüsalə Akif qızı
15.08.1971-ci ildə Naxçıvan MR-nın Ordubad rayonunun Vənənd kəndində anadan olmuşdur.
İndiki Naxçıvan Dövlət Universitetinin “Ümumi texniki fənlər və əmək” ixtisasını bitirmişdir (1993).
Ordubad rayonunun Vənənd kənd orta məktəbində müəllim (1990-2006), Nizami rayon 214 nömrəli tam orta məktəbdə laborant, müəllim (2007-2013) işləyib.
2013-cü ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Hüseynova Sevinc Əhəd qızı
25.01.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur.
İndiki Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı” ixtisasını bitirmişdir (1986).
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində mühəndis işləyib (1986 -1995) və 1999-cu ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Hüseynova Vəfa Tahir qızı
23.07.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisasını bitirmişdir (2007).
2011-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
İbrahimova Leyla Zakir qızı
03.12.1987-ci ildə Rusiya Federasiyasının Leninqrad şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ tətbiqi incəsənət və xalq sənəti (dekorativ-tətbiqi sənət üzrə rəssam)” ixtisasını (2009) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Keramika-metal” ixtisasının magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir (2011).
2011-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
İsmayılova Aidə Vəli qızı
15.07.1977-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuşdur.
İndiki Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsullarının texnologiyası” ixtisasını (1998) və Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsullarının texnologiyası" ixtisasının magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir (2003).
Həm də Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisasını bitirmişdir (2007).
Sabunçu rayon 12 nömrəli şəhər poliklinikasında xəzinədar işləyib (2001-2007) və 2007-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Məmmədova Ülviyyə İlqar qızı
18.07.1990-cı ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olmuşdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dizayn” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir (2013).
17 nömrəli Bakı Peşə Liseyində laborant (2008-2009), 12 nömrəli Bakı Peşə Liseyində istehsalat təlimi ustası (2009-2013), 3 nömrəli Bakı Peşə Liseyində istehsalat təlimi ustası (2013-2014) işləyib.
2014-cü ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecində müəllim işləyir.
Mirzəyev Zəfər Baba oğlu
06.12.1964-cü ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olmuşdur.
Bakı Kooperativ Texnikumunun “İqtisadçı” ixtisasını (1983) və Moskva Kooperativ İnstitutunun “Mühasibat uçotu“ ixtisasını bitirmişdir (1989).
Qubadlı rayonu “İstehlak cəmiyyəti”ndə mühasib, böyük mühasib, təftişçi (1983-1993), Sabunçu rayonu Dövlət Sığorta İdarəsində müfəttiş (1993-1999), Bakı İnşaat Texnikumunda müəllim (1999-2002) işləyib.
2002-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Respublika KİV HK-si tərəfindən “İlin müəllimi” adına layiq görülüb (2014).
Fənn proqramı müəllifidir.
Məmmədova Günay İlqar qızı
02.06.1980-ci ildə Şabran rayonunun Aygünlü kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Peşə təlimi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir (2003).
Şabran rayon 2 nömrəli tam orta məktəbdə Uşaq Birliyinin rəhbəri işləyib (1999-2002) və 2019-cu ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mirhəsənli Sevinc Mirelşən qızı
09.04.1991-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisasını (2014) və
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Nəşriyyat işi və redaktəetmə” ixtisasının magistraturasını bitirmişdir (2017).
“Parabank” ASC-də satış mütəxəssisi işləyib (2013-2014) və 2019-cu ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Qasımova Sevinc Pənah qızı
05.02.1969-cu ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur.
İndiki Azərbaycan Dövlət İqtisad Universitetinin “Qeyri-ərzaq malların əmtəşünaslığı və ticarətin təşkili” ixtisasını bitirmişdir (1991).
Bakı 2 nömrəli Ayaqqabı Fabrikində mühəndis (1990-1996), “Azərsintez”-də iqtisadçı (2001-2004), Bakı Kompüter Kollecində mühəndis, müəllim (2004-2016) işləyib.
2016-cı ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Məmmədova Günay Əfqan qızı
04.03.1996-cı ildə Göyçay rayonunda anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Çoxişlənən malların texnologiyası mühəndisliyi" ixtisasını (2017) və Azərbaycan Dövlət İqtisad Universitetinin "Tikiş məmulatlarının texnologiyası" ixtisasının magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir (2019).
2022-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Nuruyeva İlahə Ramiz qızı
17.12.1980-ci ildə Ağdam rayonunda anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Toxuculuq və yüngül sənaye mallarının bədii layihələndirilməsi” ixtisasını bitirmişdir (2001).
2011-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Rzayeva Nərmin Samir qızı
24.07.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisasını bitirmişdir (2015).
Bakı Sənaye Pedaqoji Kollecində laborant, xəzinədar (2011-2016), indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində laborant, müəllim (2016-2019) işləyib.
2020-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Rəcəbli Ülviyyə Səyyaf qızı
23.09.1974-cü ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin "Toxuculuq və yüngül sənaye mallarının bədii layihələndirilməsi" ixtisasını (2000) və Azərbaycan Dövlət İqtisad Universitetinin "Dizayn" ixtisasının magistraturasını bitirmişdir (2018).
2019-cu ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Rəhimova Tubu Məmmədrza qızı
12.07.1960-cı ildə Bakı şəhərində anadan olmuşdur.
İndiki Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı-mühasib” ixtisasını bitirmişdir (1984).
Buzovnada Südçülük-tərəvəzçilik sovxozunda iqtisadçı (1980-1984), “Boz ağız” nəşriyyatında iqtisadçı-mühasib (1993-2001) işləyib.
2000-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
İqtisad elmləri üzrə fəlsəfə doktorudur (2021).
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Rüstəmova Solmaz Talış qızı
30.07.1964-cü ildə Ağdam rayonunun Xaçındərbənd kəndində anadan olmuşdur.
İndiki Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı” ixtisasını bitirmişdir (1988).
2001-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Səfərova Ülviyyə Natiq qızı
11.09.1988-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Tikiş məmulatlarının texnologiyası” (2011) və Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının expertizası və marketinqi” ixtisaslarını bitirmişdir (2015).
2011-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Sərxanlı Gülnar Müşfiq qızı
06.10.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dizayn” ixtisasını bitirmişdir (2017).
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində laborant işləyib (2018-2020) və 2020-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Soltanova Fidan Məhəmməd qızı
03.01.1991-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisasını bitirmişdir (2012).
Access Bankda (2013), ASB Bankda əməliyyatçı işləyib (2013-2018) və 2022-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində mütəxəssis işləyir.
Soltanova Səadət Sədi qızı
02.09.1964-cü ildə Ucar rayonunun Lək kəndində anadan olmuşdur.
Ucar Texniki Peşə Məktəbinin “Texnoloq” ixtisasını fərqlənmə diplomu ilə (1981) və
İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İstilik elektrik stansiyaları” ixtisasını bitirmişdir (1990).
İEM-1-də mühəndis (1990-2000), Dövlət Əmlak Komitəsində mütəxəssis işləyib (2011-2014) və 2014-cü ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Tağıyeva Fəridə Əjdər qızı
08.11.1995-ci ildə Bakı şəhərində anadan olumuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Dünya iqtisadiyyatı” ixtisasını (2017) və Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq ticarət" ixtisasının magistraturasını bitirmişdir (2020).
İndiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində mütəxəssis işləyib (2018-2021) və 2021-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.