Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

İstehsalat təcrübəsinin yekun hesabatları təqdim olundu

“İstehlak mallarının ekspertizası” ixtisası üzrə təhsil alan İ 204 qrup tələbələri “Ovçular Ət və Ət Məhsulları MMC”- də keçdikləri istehsalat təcrübəsini uğurla başa vurdular.Tələbələr təcrübə hesabatlarını İstehsalat təcrübə rəhbəri Aidə İsmayılovaya təqdim etdilər. Hesabatlarda tələbələrin təcrübə müddətində yerinə yetirdikləri işlər, istehsal prosesində iştirakları, eləcə də peşə fəaliyyətinə dair əldə etdikləri təcrübə ətraflı şəkildə öz əksini tapmışdır. Müəllimlər  təqdim olunan hesabatları qiymətləndirərək tələbələrin peşə hazırlığında istehsalat təcrübəsinin mühüm rol oynadığını qeyd etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.