College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library TƏLƏBƏ KABİNETİ

News

Kollecin tələbələri “Dəmir Yumruğun Polad Əsgərləri” layihəsində fəal iştirak ediblər

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Dəmir Yumruğun Polad Əsgərləri” layihəsində kollecin Tikiş və Dizayn ixtisası üzrə təhsil alan tələbələri uğurla iştirak ediblər. Tələbələrimiz gənc modelyerlər kimi ilk dəfə öz əl işlərini nümayiş etdirmiş, yaradıcılıq və peşə bacarıqlarını geniş auditoriyaya təqdim etmişlər. Layihə rəhbəri İlahə Nuriyevanın rəhbərliyi və birgə əməkdaşlıq çərçivəsində reallaşdırılan layihədə tələbələrimizin vətənpərvərlik ruhunu əks etdirən əl işləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Sonda  tələbələrimiz göstərdikləri fəallıq, yaradıcılıq və zəhmətlərinə görə fəxri diplomlarla təltif olunmuşlar.