26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Dəmir Yumruğun Polad Əsgərləri” layihəsində kollecin Tikiş və Dizayn ixtisası üzrə təhsil alan tələbələri uğurla iştirak ediblər. Tələbələrimiz gənc modelyerlər kimi ilk dəfə öz əl işlərini nümayiş etdirmiş, yaradıcılıq və peşə bacarıqlarını geniş auditoriyaya təqdim etmişlər. Layihə rəhbəri İlahə Nuriyevanın rəhbərliyi və birgə əməkdaşlıq çərçivəsində reallaşdırılan layihədə tələbələrimizin vətənpərvərlik ruhunu əks etdirən əl işləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Sonda tələbələrimiz göstərdikləri fəallıq, yaradıcılıq və zəhmətlərinə görə fəxri diplomlarla təltif olunmuşlar.













