Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

“Açıq dərs”

“28 May – Müstəqillik Günü” Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Bu  gün ilə əlaqədar P205 qrupunda kollecin tarix müəllimi Rəna İsmayılovanın “28 May Azərbaycan Xalq Cumhuriyyətinin yaranması”mövzusunda nümunəvi “Açıq dərs”i  olub.   “Açıq dərs” tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır. Dərsdə AXC-nin yaradılması tarixindən müstəqilliyi uğrunda apardığı mübarizədən, dövlətçilik ənənələrindən geniş bəhs olunmuşdur. Həm də dərsdə  Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski və Əlimərdan Bəy Topçubaşov kimi tarixi şəxsiyyətlərin fəaliyyətindən söz açılmışdır. Dərs diskussiya şəklində başa çatmışdır.