College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library TƏLƏBƏ KABİNETİ

News

Tələbələrimiz Üçün Qala Qoruğunda Praktiki Məşğələ: Tullantılara Yeni Baxış

Kollecin müəllimi Yaqut Mamedova  tərəfindən tədris olunan "Təbiətdən istifadənin ekoloji əsasları" fənni çərçivəsində, P-205 və B-205 qruplarının tələbələri ilə "Ekoloji mühafizə və ətraf mühitin qorunması" mövzusunda növbəti dərs auditoriyadan kənarda təşkil olunub. Tələbələrin ekoloji biliklərini əyani şəkildə zənginləşdirmək məqsədilə Qala kəndində yerləşən "Tullantıdan Sənətə" muzeyinə maarifləndirici ekskursiya keçirilib. Səfər zamanı tələbələr məişət tullantılarının yaradıcı yanaşma ilə sənət əsərinə çevrilmə prosesi ilə yaxından tanış olub, ətraf mühitin çirklənməsinin qarşısının alınması və resurslardan səmərəli istifadənin əhəmiyyətini müzakirə ediblər. Bu kimi praktiki dərslər gənc nəsildə ekoloji məsuliyyət hissinin formalaşdırılması baxımından xüsusi önəm daşıyır.

https://www.youtube.com/shorts/dw_yjdOvESY