College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library TƏLƏBƏ KABİNETİ

News

Tədrisin əyani və praktik təşkili

Kollecin ekologiya  müəllimi Yaqut Mamedovanın Ə-205 və P-205 qruplarında “Bitki qruplaşmaları və onların mühitlə qarşılıqlı əlaqəsi” mövzusunda maraqlı dərsi olub.  Dərsin daha yaddaqalan və effektiv olması məqsədilə dərsdən  sonra hər iki qrup Nəbatət bağına ekskursiya ediblər. Burada tələbələr bitkiləri canlı şəkildə müşahidə edib  və onların müxtəlif növləri ilə yaxından tanış olublar. Müəllim tərəfindən aparılan əyani izahlar və praktik göstərmələr tələbələrin mövzunu daha dərindən mənimsəməsinə şərait yaradıb. Bu cür dərslər tələbələrdə həm nəzəri biliklərin möhkəmlənməsinə, həm də təbiətə qarşı daha həssas və məsuliyyətli yanaşmanın formalaşmasına böyük töhfə verir.