College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library TƏLƏBƏ KABİNETİ

News

Tələbələr Azərbaycan Dəmiryol Muzeyinə ekskursiya etmişlər

STK-nın Kİ105, TK105 və KG105 qrupunun tələbələri  öz müəllimləri  ilə Azərbaycan Dəmiryol Muzeyinə ekskursiya etmişlər. Ekskursiya zamanı tələbələr dəmiryol tariximiz və müasir nəqliyyat sistemi ilə yaxından tanış olmuş, maraqlı, faydalı məlumatlar əldə etmişlər. Bu müddətdə muzeyin kuratoru  tərəfindən muzey haqqında qonaqlara ətraflı məlumat verilmiş, tələbələrin sualları cavablandırılmışdır. Kollecin müəllimlərindən: Aynurə Məmmədzadə,  Aidə Calalova və Günel Qurbanovanın iştirakı ilə təşkil olunmuş ekskursiyadan tələbələr çox razı qalmışlar.