STK-nın Kİ105, TK105 və KG105 qrupunun tələbələri öz müəllimləri ilə Azərbaycan Dəmiryol Muzeyinə ekskursiya etmişlər. Ekskursiya zamanı tələbələr dəmiryol tariximiz və müasir nəqliyyat sistemi ilə yaxından tanış olmuş, maraqlı, faydalı məlumatlar əldə etmişlər. Bu müddətdə muzeyin kuratoru tərəfindən muzey haqqında qonaqlara ətraflı məlumat verilmiş, tələbələrin sualları cavablandırılmışdır. Kollecin müəllimlərindən: Aynurə Məmmədzadə, Aidə Calalova və Günel Qurbanovanın iştirakı ilə təşkil olunmuş ekskursiyadan tələbələr çox razı qalmışlar.








03.04.2026



