Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

Tyutorlar tələbələrlə birlikdə ADNSU-nun kitabxanasında olublar

Sənaye və Texnologiya Kollecinin şöbə müdiri  Pərvin Məmmədova və tyutorlar Nuriyyə Hüseynova və Nigar Heydərovanın rəhbərliyi altında “Poliqrafiya və  ətraf mühit” və  “Kompüter  proqramları” şöbəsinin  tələbələri ADNSU-nun kitabxanasında olublar. Burada Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova və Elektron Resurslar Sektorunun müdiri Ruhanə Qasımova tələbələrə kitabxananın iş  qaydaları haqqında danışıblar. Həm də kitabxananın əməkdaşları tələbələri qeydiyyatdan keçirib və onlara istədikləri kitabları veriblər. Tələbələr kitabxanada olarkən  xatirə şəkli çəkdirməyi də unutmayıblar.