College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library TƏLƏBƏ KABİNETİ

News

Birinci kurs tələbələrinin valideynləri ilə görüşlər davam edir

02.03.2026 - cı il tarixində   Sənaye və Texnologiya Kollecində   Kompüter sistemləri  və Marketinq və tətbiqi  texnologiyalar şöbələrində  1-ci kurs tələbələrinin valideynləri ilə görüş  keçirildi. Görüşdə tədris işləri üzrə direktor  müavini Könül Abdurrəhimova, şöbə müdirlərindən Kəmalə Əliyeva, Təranə Məmmədova,  qrup rəhbərləri və müəllimlər  iştirak etdilər.  İclasın əsas  müzakirə mövzusu  tələbələrin  davamiyyəti və 1-ci yarımilin yekunları  oldu. Valideynlərlə ümumi tanışlıqdan  sonra tələbələrin 1-ci  yarımil  nəticələri təhlil olundu və tədrisin keyfiyyətinin artırılması istiqamətində  qarşıda  duran vəzifələr   diqqətə çatdırıldı. Sonda valideynlərin sualları cavablandırıldı.