College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library TƏLƏBƏ KABİNETİ

News

Kollecin Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Günel Dadaşova kollecin işçi qrupu ilə iclas keçirib

İclasın əsas diqqət mərkəzində təcrübə prosesinin keyfiyyətinin yüksəldilməsi və nizam-intizam qaydalarına nəzarətin gücləndirilməsi məsələləri dayanıb. Görüş zamanı aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib:

​Davamiyyətin uçotu: Təcrübəyə cəlb olunan tələbələrin davamiyyətinin mütəmadi yoxlanılması;

​Sənədləşmə: Davamiyyət jurnallarının təlimata uyğun təşkili və qeydiyyatının aparılması;

​Monitorinq: Təcrübə müddətində müəssisələrdə tələbələrin iştirakına yerində nəzarət olunması;

​Kommunikasiya: Tələbələrlə mütəmadi əlaqə saxlanılaraq prosesin gedişatının izlənilməsi.

​İclasın sonunda təcrübə prosesinin mövcud əsasnaməyə uyğun, şəffaf və effektiv şəkildə idarə olunması üçün cavabdeh şəxslərə konkret göstərişlər verilib.