Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

KP105R qrup tələbələri Hacı Zeynalabdin Tağıyev adına Milli Azərbaycan Tarixi Muzeyinə getmişlər

STK – nın  tarix müəllimi, qrup rəhbəri Aynur Ağayeva və kollecin tarix müəllimi Elnarə Baxşəliyeva KP105R qrup tələbələri ilə birlikdə Hacı Zeynalabdin Tağıyev adına Milli Azərbaycan Tarixi Muzeyinə getmişlər. Ekskursiya çərçivəsində eramızdan əvvəlki dövrlərdən başlayaraq müasir dövrə qədər Azərbaycanın zəngin və çoxşaxəli tarixi irsi ilə yaxından tanış olmuşlar.  Həm də görkəmli xeyriyyəçi, maarifçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi və memorial kompleksi haqqında da ətraflı məlumat əldə etmişlər. Qeyd olunan ekskursiya tələbələrdə milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması, tariximizə marağın artırılması və mədəni irsimizin daha dərindən öyrənməsi  baxımdan mühüm əhəmiyyət  kəsb edir.