College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library TƏLƏBƏ KABİNETİ

News

STK-da qiyabi şöbənin kompüter ixtisaslarında təhsil alan tələbələri istehsalat təcrübələrini uğurla başa vurmuşlar

2025/2026-cı tədris ilində Sənaye və Texnologiya Kollecində  Qiyabi şöbənin kompüter ixtisaslarında təhsil alan tələbələri istehsalat təcrübələrini artıq uğurla başa vurmuşlar. Tələbələr təcrübə müddətində əldə etdikləri bilik və bacarıqları, eləcə də hazırladıqları hesabatları komissiya üzvlərinə təqdim etmişlər. Təcrübə müddətində tələbələr peşəkar bacarıqlarını inkişaf etdirmiş, nəzəri biliklərini praktik fəaliyyətlə möhkəmləndirmiş və hazırladıqları layihələrlə kollecin tədris işləri üzrə direktor müavini Könül Aburrəhimova, tədris hissə müdiri Lalə Nəsibova, qeydiyyat, qiymətləndirmə və monitorinq  bölməsinin müdiri Günel Dadaşova,  istehsalat təcrübə rəhbəri Sevinc Qəmbərova, fənn birləşmə komissiyasının sədri Səadət Şahbazova və digər təcrübə rəhbərlərinin qarşısında ətraflı çıxış etmişlər.