Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

STK-da “Beynəlxalq əlaqələr klubu” yaradıldı

19.12.2025-ci il tarixində STK-da növbəti “Beynəlxalq əlaqələr klubu”nun yaradılması ilə əlaqədar  tələbələrlə görüç   keçirildi. Görüşdə kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov iştirak etdi. A.Məmmədov ilk öncə  “Beynəlxalq   əlaqələr klubu”nun fəaliyyət prinsipləri haqqında tələbələrə ətraflı məlumat verdi.  Sonra  tələbələr  kluba üzv  yazıldı və onların fikirləri eşidildi. Axırda  müəllimlərdən Saqibət Əhmədova kluba kurator,  tələbələr arasından Nəzrin Abdullazadə isə rəhbər seçildi.