19.12.2025-ci il tarixində STK-da növbəti “Beynəlxalq əlaqələr klubu”nun yaradılması ilə əlaqədar tələbələrlə görüç keçirildi. Görüşdə kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov iştirak etdi. A.Məmmədov ilk öncə “Beynəlxalq əlaqələr klubu”nun fəaliyyət prinsipləri haqqında tələbələrə ətraflı məlumat verdi. Sonra tələbələr kluba üzv yazıldı və onların fikirləri eşidildi. Axırda müəllimlərdən Saqibət Əhmədova kluba kurator, tələbələr arasından Nəzrin Abdullazadə isə rəhbər seçildi.

