Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin müəllim və tələbələri 44 günlük Vətən müharibəsinə həsr olunmuş “44” filmini izləyiblər.
Azərbaycan xalqının qəhrəmanlığını, milli birliyini və tarixi Zəfərini əks etdirən filmin nümayişi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və Vətən müharibəsinin tarixi əhəmiyyətinin daha dərindən dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.








