Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Kollecin müəllim və tələbələri Zəfər Gününə həsr olunmuş bayram konsertində iştirak ediblər

2026-cı il noyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin müəllim və tələbələri Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə təşkil olunan bayram konsertində iştirak ediblər.

Azərbaycanın tanınmış incəsənət xadimlərinin  çıxış etdiyi konsert milli birlik və vətənpərvərlik ruhunda keçib. Kollecin müəllim və tələbələri  konsert  proqramını izləyərək xalqımızın Zəfər sevincinə şərik olublar.