College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library Student portal

News

Tələbələrimizin yaradıcılığı rənglərə çevrildi!

 ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin müəllimi İlahə Nuriyevanın təşkilatçılığı ilə “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində yaradıcı və sosial əhəmiyyətli təşəbbüs həyata keçirilib.

Kollecin dizayn ixtisası üzrə təhsil alan tələbələri – Gənclərin İnkişafı Klubunun sədri Aytən Səfərova, klubun fəal üzvləri Ziya Həmidov və Aysun Nəzirxanova öz istedad və bacarıqlarını nümayiş etdirərək mərkəzin divarlarını rəngarəng rəsmlərlə bəzəyiblər.

Tələbələrimizin öz əlləri ilə yaratdıqları bədii kompozisiyalar mərkəzə yeni nəfəs verərək uşaqlar üçün daha xoş, rəngarəng və ilhamverici mühit formalaşdırıb.

Böyük maraqla qarşılanan bu əl işləri gənclərimizin yaradıcılıq potensialını, peşə bacarıqlarını və sosial məsuliyyət hissini bir daha nümayiş etdirib.

Çünki yaradıcılıq yalnız gözəllik yaratmaq deyil, həm də insanların həyatına rəng qatmaqdır!