Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Gənclərin İnkişafı Klubu Xurşidbanu Natəvanın həyatına həsr olunmuş filmin premyerasında

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin Gənclərin İnkişafı Klubunun kuratoru İlahə Nuriyeva klubun üzvləri ilə birlikdə Xurşidbanu Natəvanın həyatına həsr olunmuş filmin premyerasında iştirak edib.

Tanınmış modelyer və sənət xadimi Fəxriyyə Xələfovanın da iştirak etdiyi təqdimat gənclər üçün maraqlı və yaddaqalan olub. Ekran əsəri vasitəsilə gənclər Qarabağın zəngin tarixi-mədəni irsi, Xurşidbanu Natəvanın həyat yolu və Azərbaycan mədəniyyətindəki əvəzsiz mövqeyi ilə bir daha yaxından tanış olublar.