Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

Zəfər ruhunda birləşən əməkdaşlıq: sevgi, yaradıcılıq və sosial həmrəylik

Zəfər yalnız tariximizin qürur səhifəsi deyil, həm də milli birlik, həmrəylik və mənəvi dəyərlərimizin təcəssümüdür. Bu ruhu yaşatmaq, gənclərin sosial məsuliyyətini artırmaq və uşaqların yaradıcılıq imkanlarına dəstək olmaq məqsədilə ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kolleci ilə “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində mənalı birgə layihə həyata keçirilib.

Layihə İlahə Nuriyevanın rəhbərliyi və təşkilatçılığı ilə reallaşıb. Layihə çərçivəsində kollecin istedadlı tələbələri mərkəzin uşaqları ilə bir araya gələrək rəsm çəkib, yaradıcılıq bacarıqlarını bölüşüb və onlarla unudulmaz anlar yaşayıblar.

Qeyd edək ki, “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Zəfər Günü münasibətilə təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər qonaqlar iştirak ediblər. Kollec tələbələrinin də bu əlamətdar tədbir çərçivəsində həyata keçirilən birgə yaradıcılıq fəaliyyətində iştirakı layihəyə xüsusi məna qatıb.

Layihənin əsas ideyası bir həqiqəti ifadə edir: Zəfərin böyüklüyü yalnız tarixdə qazandığımız qələbə ilə deyil, həm də cəmiyyətimizdə yaşatdığımız sevgi, mərhəmət və birliklə ölçülür.