College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library Student portal

News

“Proqramlaşdırma və informasiya təhlükəsizliyi” şöbəsində valideynlərlə görüş

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin "Proqramlaşdırma və informasiya təhlükəsizliyi" şöbəsində "Kompüter sistemlərində proqram təminatı", "İnformasiyanın işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri" və "Telekommunikasiya və kompüter sistemlərində informasiyanın təşkili" ixtisasları üzrə təhsil alan KP106, AS106 və TK106 qruplarının tələbələrinin valideynləri ilə iclas keçirilmişdir.

İclasda şöbə müdiri Şəhla Əhmədova, Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Günel Dadaşova, qrup rəhbərləri və kollecin psixoloqu iştirak etmişdir. Tədbirdə tələbələrin dərsə davamiyyəti, akademik göstəriciləri və təlim-tərbiyə məsələləri ətraflı müzakirə olunmuşdur. Həmçinin tələbələrin təhsildəki uğurlarının artırılması, psixoloji adaptasiyası, qarşıya çıxan çətinliklərin aradan qaldırılması və valideyn-kollec əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

Gələcəyin İT mütəxəssisləri olan tələbələrin peşəkar bilik və bacarıqlar qazanmasında valideyn dəstəyinin əhəmiyyəti xüsusi vurğulanmışdır. Çıxış edən valideynlər kollec rəhbərliyi tərəfindən yaradılmış təhsil mühitindən, tədrisin təşkilindən və tələbələrə göstərilən diqqətdən razılıqlarını bildirmişlər.

İclasın sonunda tələbələrin nailiyyətlərinin artırılması və təhsil prosesinə valideyn nəzarətinin gücləndirilməsinin vacibliyi qeyd olunmuşdur.