College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library Student portal

News

M106 qrupunda interaktiv dərs keçirilib

Kollecdə “Mühasibat uçotu” ixtisasının M106 qrupunda maraqlı və yaddaqalan dərs təşkil olunub. Dərs kollecin müəllimi Yaqut Mamedovanın rəhbərliyi ilə keçirilib.

Dərsdə “Canlılara təsir edən abiotik amillər” və “Ali sinir fəaliyyətinin pozulması və onun qarşısının alınması” mövzuları müzakirə edilib. Tələbələr hər iki mövzu üzrə ətraflı təqdimatlar hazırlayaraq auditoriyaya təqdim ediblər.

Qrup və cütlərlə iş üsullarından istifadə dərsin dinamik keçməsinə imkan yaradıb. Tələbələrin fəal iştirakı, mövzuya yaradıcı yanaşması və qarşılıqlı fikir mübadiləsi, eləcə də müəllimin peşəkar təcrübəsi dərsi həm elmi, həm də praktiki baxımdan faydalı edib.

Belə dərslər gənclərin elmi dünyagörüşünün genişlənməsinə və əldə etdikləri biliklərin möhkəmlənməsinə mühüm töhfə verir.