Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

Təbrik edirik!

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin müəllimi Səriyyə Nəzərova Raqif qızının müəllifi olduğu “Qloballaşma dövründə ana dilinin gənclər arasında təbliği: sosiolinqvistik və rəqəmsal mexanizmlər” adlı tezisi “Humanitar və İctimai Elmlər adlı Tezislər Toplusu”nda – “Qədim Diyar” Beynəlxalq Elmi Jurnalının xüsusi buraxılışında dərc olunmuşdur. (səh.38-42)
https://doi.org/10.36719/2706-6185/IL/HİETT/2026

Tədqiqat işi qloballaşma və rəqəmsal dövrdə gənclər arasında ana dilinin qorunması, onun funksional potensialının artırılması, eləcə də sosial şəbəkələr və müasir texnologiyalar vasitəsilə ana dilinin təbliği mexanizmlərinin öyrənilməsinə həsr edilmişdir. Məqalədə milli identikliyin qorunması baxımından rəqəmsal ekosistemin imkanlarından səmərəli istifadə edilməsinin vacibliyi elmi-nəzəri əsaslarla şərh olunur. Aparılan təhlillər göstərir ki, ana dilinin müasir çağırışlara uyğun şəkildə təbliği gənc nəsildə dilə qarşı milli qürur və məsuliyyət hissini gücləndirir.