News
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Sənaye və Texnologiya Kollecinin Gənclərin İnkişafı Klubunun kuratoru İlahə Nuriyeva və klubun üzvü olan gənc tələbələr Kəlağayı Muzeyi ilə birgə “Kəlağayımız millidir, butalıdır, güllüdür” adlı layihə əsasında keçirilən konfransda iştirak ediblər.
Konfransda Azərbaycan xalqının milli-mənəvi irsinin ayrılmaz hissəsi olan kəlağayının tarixi, zəngin naxışları və mədəniyyətimizdəki yeri təbliğ olunub.
Gənclərimizin milli irsimizə marağının artırılması, adət-ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından tədbir xüsusi əhəmiyyət daşıyıb.
Kəlağayı xalqımızın milli kimliyini, Azərbaycan qadınının zərifliyini və mənəvi dəyərlərimizi özündə yaşadan qiymətli irsimizdir.
Milli irsimizi qoruyaq, dəyərlərimizi yaşadaq!








