Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

Kollecin müəllimləri konfransda iştirak ediblər

Kollecin Biologiya laboratoriyasının müdiri Günel Şükürova, biologiya müəllimləri Lətifə Şamxalova, Səidə Cavadova Avropa Azərbaycan məktəbində keçirilən konfransda uğurla iştirak etdilər. Konfrans "Yaşıl elm" və "Sosium" platformalarının dəstəyi ilə keçirildi.

Ankarada Təbiət Tarixi Muzeyinin, Almaniyada, Fransada və Türkiyədə bir çox universitetlərin Təbiət elmləri bölümünün qurucusu, 20 taksonu, 2 növü, 2 cinsi kəşf edən, 12 taksona adı verilən, elm mərkəzləri tərəfindən "Biologiyanın atası" statusu alan, multidissiplinli elm adamı, bioloq, entomoloq, Prof.Dr.Ali Demirsoy və Başkent Universitetinin biotexnoloqu, genetik Dr.Funda Kaya Demirsoy Bakıya təşrif buyurdular. Prof.Dr.Ali Demirsoy "Nobel"dən sonra ikinci elmi ödül hesab edilən "Aleksandr Humboldt" mükafatına layiq görülən elm adamıdır.

Seminar "İnsanın hekayəsi" adı altında, "Sudanmı, balıqdanmı, torpaqdanmı, meymundanmı?", "Ustaca yaşam" mövzuları ilə çox maraqlı elmi müzakirələrin mübadiləsi şəklində davam etdi.

https://youtube.com/shorts/FUQJLVtt3xM?feature=share

https://youtube.com/shorts/AX17CrvanQI?feature=share