College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library TƏLƏBƏ KABİNETİ

News

İncəsənət tarixini kəşf edirik: seminar məşğələlərində yaradıcı və interaktiv tədris

ADNSU yanında Sənaye və Texnologiya Kollecinin müəllimi Yusubova Günay Əfqan qızının tədris etdiyi “Təsviri incəsənət və dizayn tarixi” fənni üzrə Z105 və Z206 qruplarında seminar məşğələləri interaktiv və qrup əsaslı tədris metodu ilə təşkil olunur.

Seminar məşğələlərinin əsas məqsədi tələbələrə incəsənət tarixini yalnız nəzəri biliklər vasitəsilə deyil, araşdırma, müqayisə, təhlil və yaradıcı təqdimatlar yolu ilə mənimsətməkdir. Bu yanaşma tələbələrin dərs prosesində fəal iştirakını təmin edir, onların müstəqil düşünmə və estetik qiymətləndirmə bacarıqlarını inkişaf etdirir.

Dizaynın növləri, Qədim Şərq incəsənəti, Antik dövrün sənət nümunələri, İntibah dövrünün incəsənəti və digər mövzular ətrafında aparılan qrup işləri tələbələrə müxtəlif tarixi dövrlərin bədii xüsusiyyətlərini araşdırmaq, sənət əsərlərinin özünəməxsus cəhətlərini müəyyənləşdirmək və incəsənətin inkişaf mərhələləri arasında əlaqələri üzə çıxarmaq imkanı yaradır.

Qrup müzakirələri, yaradıcı təqdimatlar və birgə tədqiqatlar sayəsində tələbələr yalnız bilik əldə etmir, həm də öz fikirlərini əsaslandırmağı, fərqli yanaşmaları qiymətləndirməyi və komanda şəklində işləməyi öyrənirlər.

Beləliklə, seminar məşğələləri tələbələrin yaradıcılıq potensialının üzə çıxarılmasına, təfəkkürünün inkişafına və gələcək peşə fəaliyyətləri üçün zəruri bacarıqların formalaşdırılmasına töhfə verir.

https://youtube.com/shorts/72WXKOrZvl8?feature=share

https://youtube.com/shorts/Pi5YHQkQYDU?feature=share