Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

Kollecimizdə multikulturalizm mövzusunda maarifləndirici seminar keçirilib.

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Humanitar fənn birləşməsinin   müəllimi Sənubər Talıbovanın təşkilatçılığı ilə  multikulturalizm üzrə ekspert, fəlsəfə doktoru Rəşad İlyasovun iştirakı ilə maarifləndirici seminar keçirilib.

Seminarda kollecimizin müəllim və tələbə heyəti, tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, psixoloq Gülnar Məstəlizadə, fənn birləşmə sədrləri Elnarə Kazımova, Səidə Bayramova, Aynur Rzaquliyeva və Səadət Soltanova, eləcə də metodist  Aybəniz Qasımova iştirak ediblər.

Tədbir zamanı multikulturalizmin mahiyyəti, müxtəlif mədəniyyətlərə və dinlərə hörmət, tolerantlıq, qarşılıqlı anlaşma, eləcə də milli-mənəvi dəyərlərin qorunması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ekspert Rəşad İlyasov mövzu ilə bağlı ətraflı məlumat verərək multikultural dəyərlərin gənclərin dünyagörüşünün formalaşmasında və cəmiyyətdə tolerant münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Seminar tələbə və müəllimlərin böyük marağına səbəb olmuşdur.