College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library TƏLƏBƏ KABİNETİ

News

“Dizayn və Tikiş” tədris emalatxanasında yeni əl işləri hazırlanır

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin “Dizayn və Tikiş” tədris emalatxanasında emalatxana müdiri, dizayner Nərmin Kərimovanın rəhbərliyi ilə yeni və maraqlı əl işləri hazırlanır.

Əl işlərinin hazırlanması prosesində tələbələrə təlim ustaları və müəllimlər yaxından dəstək göstərir, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına və praktiki bacarıqlarının artırılmasına kömək edirlər.

Müxtəlif dizayn və üslublarda hazırlanan, özünəməxsusluğu ilə seçilən əl işləri göz oxşayır. Bu işlər tələbələrin yaradıcılıq potensialını, bacarıqlarını və zövqünü nümayiş etdirir.

Hazırlanan əl işlərinin gələcəkdə keçiriləcək tədbir və sərgilərdə nümayiş etdirilməsi nəzərdə tutulur. Bu təşəbbüs tələbələrin əməyinin qiymətləndirilməsinə, onların yaradıcılıq uğurlarının tanıdılmasına və kollecin fəaliyyətinin daha geniş auditoriyaya təqdim olunmasına töhfə verəcəkdir.