Xəbərlər
21 oktyabr 2026-cı il tarixində Kollecin “Dillər” fənn birləşməsinin sədri Aynur Rzaquliyevanın təşkilatçılığı ilə MQ106 qrupunun tələbələri, həmçinin Mədəniyyət və İncəsənət Klubunun rəhbəri Rövnəq Mirzəxanlı və klubun üzvləri Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.
Sərgidə 32 xarici ölkədən 59 təşkilat, eləcə də 148 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur. Kitabsevərləri bir araya gətirən XII Bakı Beynəlxalq Kitab Sərgisi ədəbi-mədəni əlaqələrin inkişafına, mütaliə ənənələrinin təşviqinə və bilik mübadiləsinə xidmət edən mühüm mədəni platformadır.
Sərgi çərçivəsində tələbələr müxtəlif nəşriyyatların təqdim etdiyi kitablarla tanış olmuş, müasir nəşrlər və ədəbiyyat sahəsindəki yeniliklər barədə məlumat əldə etmişlər.
Belə mədəni-maarifləndirici tədbirlərdə tələbələrin iştirakı onların təhsil prosessində qazandıqları biliklərin zənginləşdirilməsinə, şəxsi inkişafına və fəal vətəndaş mövqeyinin formalaşmasına xidmət edir.











