ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin tələbəsi Yusif Əzizovun təsis etdiyi Azedev startapı Anthropic şirkətinin “Claude for Startups” proqramına qəbul olunub.
Süni intellekt texnologiyalarının inkişafına töhfə verməyi hədəfləyən Azedev texnologiya, proqram təminatı və oyun sənayesi istiqamətlərində fəaliyyət göstərir. Startapın əsas məqsədlərindən biri gənclərin bilik və bacarıqlarını real məhsullara çevirməsinə şərait yaratmaqdır.
Anthropic tərəfindən həyata keçirilən “Claude for Startups” proqramı Claude süni intellekt texnologiyaları üzərində məhsul hazırlayan startapları dəstəkləməyə, onların inkişafını sürətləndirməyə və beynəlxalq innovasiya ekosistemi ilə əlaqələrini genişləndirməyə yönəlib.
Proqrama qəbul Azedev-in inkişaf yolunda mühüm mərhələdir. Bu, komandanın süni intellekt texnologiyalarından istifadə edərək yeni məhsullar hazırlamaq və texnoloji layihələrini daha da inkişaf etdirmək istiqamətində fəaliyyətini davam etdirdiyini göstərir.

