Kollecin Beynəlxalq Əlaqələr Klubunun nümayəndələri təhsil sərgisində iştirak ediblər. Sərgi çərçivəsində müxtəlif təhsil imkanları ilə tanış olublar, yeni biliklər və gələcək əməkdaşlıqlar üçün faydalı təcrübə əldə ediblər.
Klubun sədri Nəzrin Abdullazadə, sədr müavini Nəsibə Zeynəbova və baş katib Sadıq Hüseynin iştirakı ilə baş tutan bu ziyarət təhsil perspektivlərinin öyrənilməsi, yeni imkanların kəşfi və şəxsi inkişaf baxımından əhəmiyyətli olub.



