Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Новости

Sənaye və Texnologiya Kollecində narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədovun təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Asəf Məmmədov narkomaniyanın insan sağlamlığına, həyat keyfiyyətinə və ölkənin sosial-iqtisadi inkişafına vurduğu ciddi zərərdən danışıb. O, narkotik maddələrin yaratdığı ağır fəsadlara diqqət çəkərək yeniyetmə və gənclərin bu təhlükədən qorunmasının, sağlam həyat tərzinin təşviqinin və maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra kollecin kimya müəllimi Könül Məmmədova narkomaniya və zərərli vərdişlər mövzusunda təqdimatla geniş çıxış edib. O, narkotik maddələrin kimyəvi tərkibi, insan orqanizminə mənfi təsirləri, eləcə də fiziki və psixoloji sağlamlıqda yaratdığı fəsadlar barədə ətraflı məlumat verib. Bildirib ki, narkotik maddələrin qəbulu həyati vacib orqanların fəaliyyətinə ciddi zərər vurmaqla yanaşı, asılılığın yaranmasına, əmək qabiliyyətinin azalmasına və həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Eyni zamanda, narkomaniyanın şəxsin maddi vəziyyətinə mənfi təsir göstərdiyini, ailə münasibətlərində problemlər yaratdığını və sosial həyata mənfi təsir etdiyini vurğulayıb.

Kollecin biologiya laboratoriyasının müdiri Günel Şükürova çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli, 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təhsil müəssisələrinə aid müddəaları haqqında məlumat verib. O, proqram çərçivəsində təhsil müəssisələrinin qarşısında duran vəzifələri, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə və profilaktik tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.

Sonda tələbələrlə mövzu ətrafında diskussiya aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.