ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin zərgərlik emalatxanasında emalatxana müdiri Xatirə Quliyevanın təşkilatçılığı ilə təlim keçirilib.
Təlimin qonağı kollecin zərgərlik ixtisası üzrə ilk məzunu, hazırda Azərbaycan Zərgərlər Assosiasiyasının üzvü və “İrs” brendinin yaradıcısı Eduard Şamaryayev olub.
Eduard Şamaryayev birinci kurs tələbələrinə zərgərlik sənətinin incəlikləri, özünəməxsus xüsusiyyətləri və peşənin sirləri haqqında ətraflı məlumat verib, öz təcrübəsini onlarla bölüşüb.
“Dekorativ-tətbiqi sənət” (zərgərlik) ixtisasına bu il qəbul olunmuş tələbələr üçün təşkil edilən təlimin məqsədi onları seçdikləri sənətlə daha yaxından tanış etmək, peşə biliklərini artırmaq və gələcək fəaliyyətlərinə motivasiya vermək olub.








