Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Metodiki Şuranın iclası keçirilib

Kollecdə Tədris hissə müdiri Lalə Nəsibovanın, Keyfiyyət təminatı şöbəsinin müdiri Kəmalə Əliyevanın, kafedra müdirlərinin, müəllimlərin və metodistlərin iştirakı ilə Metodiki Şuranın iclası keçirilib.

İclasda tədris proqramlarının analitik təhlili və təkmilləşdirilməsi əsas müzakirə mövzusu olub. Müzakirələr zamanı Lalə Nəsibova, Kəmalə Əliyeva və metodist Xəlil Bağırov çıxış edərək tədris proqramlarının hazırlanması və yenilənməsi ilə bağlı öz metodiki tövsiyə və məsləhətlərini diqqətə çatdırıblar.

Görüşdə tədris proqramlarının müasir təhsil standartlarına və əmək bazarının tələblərinə uyğunlaşdırılması, edilən dəyişikliklərin tələbələrin qazanacağı bilik və bacarıqlarda aydın əks olunması vurğulanıb. Eyni zamanda sənədləşmə prosesində akademik dürüstlük standartlarına riayət edilməsi, proqram paketində FBK (kafedra) qərarının, daxili-xarici rəylərin və antiplagiat arayışının yer almasının zəruriliyi bildirilib. Tələbələrin dərslik və elektron resurslarla təmin olunması, fənlərarası əlaqələrin qorunması, eləcə də sərbəst işlərin məzmunu və praktik dərslərin effektiv təşkili ilə bağlı tapşırıqlar verilib.

İclasın sonunda pedaqoji heyəti maraqlandıran suallar cavablandırılıb və müəllimlərə tədris prosesində tələbələrin motivasiyasını artırmaq istiqamətində müvafiq tövsiyələr verilib.