Sanaye və Texnologiya Kollecində elektron sənəd dövriyyəsi proseslərinin rəqəmsallaşdırılması məqsədilə "*Elektron Sənəd Dövriyyəsi Sistemi*nin proqram təminatı" hazırlanıb və istifadəyə verilib.
Bu məqsədlə kollecdə İT Klubunun sədri *Yusif Əzizov tərəfindən hazırlanmış “Rəqəmsal kargüzarlığın aparılması və yeni proqram təminatından istifadə qaydaları”* mövzusunda təlim keçirilib.
Təlimin əsas məqsədi kargüzarlıq proseslərinin rəqəmsallaşdırılması istiqamətində tətbiq olunan *Elektron Sənəd Dövriyyəsi Sisteminin* təqdim edilməsi, onun funksional imkanlarının və iş prinsiplərinin vəzifəli şəxslərə nümayiş etdirilməsi, eləcə də sistemdən istifadə qaydalarının şöbə və kafedra müdirlərinə praktiki şəkildə öyrədilməsindən ibarət olub.
Təlim zamanı iştirakçılara Elektron Sənəd Dövriyyəsi Sistemində sənədlərin yaradılması, göndərilməsi, aidiyyəti şəxslərə yönləndirilməsi, sənədlərin statusunun izlənilməsi və digər əsas funksiyalar əyani şəkildə nümayiş etdirilib.
Hazırlanmış *Elektron Sənəd Dövriyyəsi Sistemi* Sanaye və Texnologiya Kollecində sənəd dövriyyəsinin daha sistemli, operativ və rəqəmsal şəkildə həyata keçirilməsinə xidmət edir.
Sistem *AZEDEV İT Klubu tərəfindən, kollecin ehtiyacları nəzərə alınaraq hazırlanıb. Layihənin hazırlanmasına və texniki inkişafına **İT Klubunun sədri Yusif Əzizov* rəhbərlik edib.


