Kollecin psixoloqu Gülnar Məstəlizadə tərəfindən pedaqoji heyətlə maarifləndirici görüşlər keçirilir. Görüşlərin əsas məqsədi müəllim–psixoloq əməkdaşlığını gücləndirmək və müəllim–tələbə münasibətlərində psixoloji baxımdan düzgün yanaşmanı təşviq etməkdir. Görüşlərdə tələbələrin fərdi və emosional xüsusiyyətlərinin nəzərə alınması, davranış çətinliklərinin səbəblərinin anlaşılması və qarşılıqlı hörmətə əsaslanan ünsiyyətin qurulması diqqət mərkəzindədir. Davamlı emosional gərginlik, özünəqapanma, nəzərəçarpan davranış dəyişiklikləri, təkrarlanan münaqişələr və uyğunlaşma çətinlikləri zamanı tələbənin psixoloqa yönləndirilməsinin əhəmiyyəti izah olunur. Bu iş psixoloji xidmətin mühüm funksiyalarını: çətinliklərin erkən aşkarlanmasını, profilaktikanı və pedaqoji prosesə peşəkar dəstəyi əhatə edir. Müəllim–psixoloq əməkdaşlığı tələbələrin psixoloji rifahının qorunmasına və sağlam təhsil mühitinin möhkəmləndirilməsinə xidmət edir.






