Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

21 Sentyabr Beynəlxalq Sülh Günü münasibətilə kollecdə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 21 avqust – 21 sentyabr 2026-cı il tarixlərini əhatə edən "Sülh Aylığı"nın elan olunması və 21 Sentyabr Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə kollecin Tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov İsgəndər oğlu çıxış edərək, tələbələri Beynəlxalq Sülh Günü münasibətilə təbrik etmiş və mövzu ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. Çıxışında sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsinin əhəmiyyəti, habelə tolerantlıq və dinc birgəyaşayış dəyərlərinin gənclər arasında təbliğinin vacibliyi qeyd olunmuşdur.

Tədbirdə həmçinin zorakılığın və ayrı-seçkiliyin qarşısının alınması, dialoq mədəniyyətinin inkişaf etdirilməsi və sülhün qorunmasının hər bir kəsin üzərinə düşən vəzifə olduğu vurğulanmışdır.

Tədbir sülh, tolerantlıq və insan hüquqlarının müdafiəsi dəyərlərinin təbliği baxımından əhəmiyyətli olmuşdur.