“SMARTECH-1” İNNOVASİYA MÜSABİQƏSİNİN
FİNAL MƏRHƏLƏSİNDƏ TƏLƏBƏLƏRİMİZİN UĞURLU İŞTİRAKI
10 sentyabr 2026-cı il tarixində Sumqayıt Dövlət Texniki Peşə Kollecində “SmarTech-1: Yaşıl və Ağıllı Gələcək Naminə” İnnovasiya Müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqədə Kollecin Tərbiyə işləri üzrə direktor müavini A. Məmmədovun, ECO START-UP klubunun kuratoru, Biologiya laboratoriyasının müdiri G. Şükürovanın və Təbiət fənn birləşmə komissiyasının sədri S. Bayramovanın rəhbərliyi ilə tələbələrimiz fəal iştirak ediblər.
60-dan çox komandanın qatıldığı müsabiqənin final mərhələsində Kollecimizi “Aqua”, “İzz” və “Azedev” adlı üç komanda layiqincə təmsil edib. Komandalar hazırladıqları innovativ layihələri təqdim edərək öz ideyalarını və yaradıcı yanaşmalarını nümayiş etdiriblər.
Tələbələrimizin layihələri münsiflər və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatlar zamanı müxtəlif universitetlərin nümayəndələri tərəfindən komandalarımıza layihələrin gələcək inkişafı və əməkdaşlıq imkanları ilə bağlı təkliflərin irəli sürülməsi tələbələrimizin ideyalarının yüksək qiymətləndirildiyini göstərib.
Bu cür innovasiya müsabiqələri tələbələrdə müasir düşüncə tərzinin, yaradıcılıq və təşəbbüskarlığın, komanda ilə işləmək və öz layihələrini peşəkar şəkildə təqdim etmək bacarıqlarının formalaşmasına mühüm töhfə verir. Eyni zamanda, “yaşıl və ağıllı gələcək” istiqamətində yeni ideyaların üzə çıxarılması üçün mühüm platforma yaradır.
Tələbələrimizin uğurlu iştirakına göstərdikləri dəstəyə görə rəhbərliyimizə və layihələrin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Müsabiqənin yüksək səviyyədə təşkilinə və tələbələrimizə yaradılan imkanlara görə Sumqayıt Dövlət Texniki Peşə Kollecinin rəhbərliyinə xüsusi minnətdarlığımızı ifadə edirik.
Tələbələrimizə yeni layihələrində və innovativ təşəbbüslərində uğurlar arzulayırıq!







Çıxışlardan qısa görüntülər
https://youtube.com/shorts/ncZkMfssbMo?si=8QZtTHnMV4xSECCh