office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Açıq dərslər

“Mühasibat balansı” mövzusunda “Açıq dərs”

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində  "Açıq dərs"lərin keçirilməsi artıq adət halını almışdır. Mütəmadi olaraq keçirilən "Açıq dərs"lər tələbələrin dərsə məsuliyyətinin artmasına, müəllimlərin öz peşə fəaliyyətlərində daima yeniliklərlə maraqlanmasına səbəb olur. STK- da istər rəhbərlik, istərsə də pedaqoji heyət belə dərslərin keçirilməsinə xüsusi əhəmiyyət verir.

Buna görə də kollecin müəllimi Tubu Rəhimovanın  “Mühasibat uçotu və nəzəriyyəsi” fənnindən M-205 qrupunda “Mühasibat balansı” mövzusunda “Açıq dərs”i keçirilmişdir.  Dərsdə kollecin direktoru Nasim Abışov, tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, şöbə müdiri Təranə Vəliyeva, metodkabinet rəhbəri Xəlil Bağırov və fənn birləşmə komssiyasının sədri Reyhan Zeynalova iştirak etmişlər. Dərs zamanı Tubu  müəllim nəzəri biliklərin möhkəmləndirilməsinə, həm də tələbələrin müstəqil düşünmə və tətbiqetmə bacarıqlarının inkişafına xüsusi diqqət yetirmişdir.


06.11.2025