12-16 fevral 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmiş "Xarıbülbül-milli ornament" layihəsində Bakı İdaretmə və Texnologiya Kollecinin 208-ci qrup tələbələri yaxından iştirak ediblər. Layihədə iştirak edən tələbələrdən Əsədova Zeynəb və Rzayeva Rübabə diplom və sertifikatla; Zeynallı Rəqsanə, Əmirova Zəminə, Gəncəliyeva Əfsanə və Əliyeva Nərmin sertifikatla təltif olunublar.
"Xarıbülbül-milli ornament" layihəsində tələbələrin fəal iştirakına, orta ixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyətinə görə 208-ci qrupun müəllimi Həsənova Vüsalə, həmçinin həmçinin layihədə iştirak edərək diplom və sertifikat almış tələbələr: Rzayeva Rübabə, Əsədova Zeynəb, Zeynallı Rəqsanə, Əmirova Zəminə, Gəncəliyeva Əfsanə və Əliyeva Nərmin Kollecin direktoru Faiq Şahbazlı tərəfindən Fəxri Fərmanla təltif ediliblər.